ÇINQIL - ŞEBEN - Əraziyə uyğun münasib qiymətlərlə
Yoxdur
ÇINQIL (Şeben) - inşaatda istifadə olunan təbii materiallardan biridir. Çınqıl materialı xammal olaraq müxtəlif mənşəli ola bilər. Bunlara misal olaraq; dağ, çay, dəniz, buzlaq və göl mənşəli çınqılları göstərmək olar. Ölkəmizdə əsasən dağ və axar su mənşəli çınqıllardan inşaatlarda və digər bənzəri işlərdə istifadə edilir. Həmçinin mənşəyindən asılı olaraq, çınqıllar öz möhkəmiyi, şaxtaya davamlılığı ilə fərqlənir. Geniş rəng çalarlarına malik olan bu inşaat materialı çəhrayı, açıq mavi, sarı və qəhvəyi kimi müxtəlif rənglərdə ola bilər. Təbii inşaat materialı olan çınqılın əsas üstün cəhətlərindən biri ekoloji cəhətdən təmiz material olmasıdır. Bəzi tikinti materiallarında olduğu kimi, çınqılların da müxtəlif ölçüləri vardır. Belə ki, 2-70 mm arası olan daş parçaları çınqıl hesab edilir. Ölçüləri istifadə təyinatına görə dəyişir. İstehsal prosesində iri həcmli süxur kəsilərək müxtəlif ələklərdən keçirilərək tələb olunan fraksiyalar əldə edilir. İnşaatda çınqıldan beton və döşəmə işlərində istifadə olunur. Bu zaman daha çox dağ mənşəli çınqıllar tələb olunur. Belə ki, çınqıllar sement məhlulunun tərkibində hissəciklərin daha yaxşı yapışmasını təmin edir və onun möhkəmliyini artırır. Onun digər bir funskiyası betonda iri boşluqları doldurmaqdır. Burada əsasən yuyulmuş (təmiz) çınqıldan istifadə edilir. Çınqıl daşı təyinatından asılı olaraq bünövrə qoyularkən qazıntıdan sonra kipləşdirmədə (qumla qarışdırılaraq katokla bərkidilir) istifadə edilir. İnşaat çınqılları xarici təsirlərə qarşı dözümlü və möhkəm olduğundan landşaft dizaynı zamanı geniş istifadə olunur. Həmçinin, xoşagələn xarici görünüşə sahib olması çınqılı dizayn sahəsində əvəzolunmaz material edir. Betonika MMC olaraq müştərilərimizə istənilən fraksiyada çınqıl materialı təşkil etmə imkanımız var. Şirkətimiz təklif etdiyi inşaat materiallarını son istifadəçiyə təhlükəsiz çatdırılmasını da təmin edir. Ətraflı məlumat üçün əlaqə bölməsindəki vasitələrdən istifadə edə bilərsiniz.
0.00
(0 qiymətləndirmə)
Məhsul Detalları
Çəki
Yoxdur
Sahə göstəricisi (1m3)
Yoxdur
Brend
Yoxdur
Minimum Alış Miqdarı
1 t
Məhsul Miqdarı
1   t
Ödəniş
Çatdırılma
Qiymətləndirmə
0.00
(0)
Yüklənir...

Oxşar Məhsullar

Daha Çox
Yüklənir...