OTSEP - Ələnmiş daş
Yoxdur
QIRMADAŞ (OTSEP) - düz səth formalaşdırmaq və daş döşəmələrin çəkisini dəstəkləmək üçün istifadə olunan tikinti materialıdır. Qırmadaşın mənşəyinə görə bir neçə növü mövcuddur. Sərt dağ suxurlarından əldə edilən tikinti materiallarından olub, həmin süxurların çox kiçik hissələrə bölünməsi yolu ilə əldə edilir. Belə ki,qırmadaş xüsusi alətlər vasitəsilə qırılan daşların incə ələklərdən keçirilərək təyin edilən fraksaya gətirilməsi ilə əldə edilir. Qırmadaşın dənəciyinin ölçüsü orta hesabla 2-5 mm arası təşkil edir və bu xüsusiyyəti ilə quma bənzədilir. Bəzi təbii mənşəli növləri də mövcuddur. Belə ki, təbii qırmadaş qum yataqlarından, çay kənarlarından və dəniz sahillərindən emal prosesinə ehtiyac olmadan da əldə edilə bilər. Qırmadaşdan inşaatdan tutmuş bir sıra dekorativ işlərə qədər müxtəlif sahələrdə istifadə oluna bilər. İnşaatda qırmadaşdan beton və döşəmə işlərində istifadə olunur. Betonun tərkibinə yuyulmuş (təmiz) qırmadaş qatılaraq onun möhkəmliyi təmin edilir. Qırmadaş istehsal xərclərinə görə Çınqıldan daha yüksək maliyyətli olmasına baxmayaraq inşaatda ən çox tələb görən və xüsusi keyfiyyətə malik inşaat materialıdır. Sözügedən bu material demək olar ki, sahib olduğu bütün üstün cəhətlərinə və xüsusiyyətlərinə görə qumdan da geri qalmır. İstifadə olunan qırmadaş mütləq “ГОСТ 31424-2010” tələblərinə uyğun olmalıdır. Tətbiq edilmə xüsusiyyətlərinə görə qırmadaşdan beton istehsalı zamanı betonun marka gücünün artırılması, hörgü-suvaq məhlullarının hazırlanması, bünövrə və döşəmə işləri və s. kimi bir sıra məqsədlər üçün istifadə olunur. Betonika MMC olaraq müştərilərimizə yüksək keyfiyyətdə və münasib qiymətdə qırmadaş materialı təklif edirik. Şirkətimiz təklif etdiyi inşaat materiallarını son istifadəçiyə təhlükəsiz çatdırılmasını da təmin edir. Ətraflı məlumat üçün əlaqə bölməsindəki vasitələrdən istifadə edə bilərsiniz.
0.00
(0 qiymətləndirmə)
Məhsul Detalları
Çəki
Yoxdur
Sahə göstəricisi (1m3)
Yoxdur
Brend
Yoxdur
Sahə göstəricisi (1m3)
1 m3 Otsep = 1.5 ton
Çəki
25 ton
Minimum Alış Miqdarı
1 m3
Məhsul Miqdarı
1   m3
Ödəniş
Çatdırılma
Qiymətləndirmə
0.00
(0)
Yüklənir...

Oxşar Məhsullar

Daha Çox
Yüklənir...