MİŞAR DAŞI (KUBİK) - hörgü və ümumi olaraq inşaat prosesində istifadə olunan əsas tikinti materiallarından biridir. Kubiklərdən əsasən tikinti, əsaslı təmir, xüsusən də ümumi hörgü və divarların hörülməsi məqsədilə geniş istifadə olunur. Düzgün seçilmiş kubik inşaat və təmir işlərinin uzun müddət zəmanət təminatçısıdır. artıq uzun illərdir ki uğurlu inşaat və təmir işlərinə zəmanətdir. Mişar daşları 39*19*19 sm ölçüdə olmaqla müxtəlif əhəmiyyətli xüsusiyyətlərə malikdir. Kubiklər həmçinin məsaməliliyi və yumşaqlılığı baxımdan bir-birindən fərqlənir. Daşın çox məsaməli olması onun çəkisinin az olmasına səbəb olur və bu da onun müsbət tərəflərindən olub, daha çox tərcih edilən növlərindən sayılır. Həmçinin, kubik nə qədər məsaməli olarsa, bir o qədər də istilik və səs izolyasiyası effekti yaradır. Mişar daşlarının digər üstün cəhətləri aşağıdakılardır : 1. İstifadə üsulları sadədir. 2. Zərbəyə davamlıdır 3. Ekoloji cəhətdən zərərsizdir 4. Zəlzələyə dayanıqlıdır 5. Uzun ömürlü materialdır 6. Qiymət-keyfiyyət nisbəti baxımından digər alternativlərinə nəzərən daha əlverişlidir Betonika MMC olaraq müştərilərimizə münasib qiymətdə mişar daşı təklif edirik. Şirkətimiz təklif etdiyi inşaat materiallarını son istifadəçiyə təhlükəsiz çatdırılmasını da təmin edir. Ətraflı məlumat üçün əlaqə bölməsindəki vasitələrdən istifadə edə bilərsiniz.