İki komponentli, sinklə zəngin qeyri-üzvi silikatlı, tərkibində həlledici olan astar qat boyadır, quru örtükdə sinkin miqdarı 85% təşkil edir. Tətbiqinə və tərkibinə görə SSPC Paint 20-ə uyğundur. Nəzəri sərf norması: 8.5 m²/mtr (qalınlıq 75 mikron olduqda). Yeni tikilmiş iri və kiçik qabaritli metalkonstruksiyalarda, dəniz obyektlərində, kimyəvi məhsullar istehsal edən zavodlarda, neft-kimya zavodlarında, sənaye binalarında, körpülərin və gəmilərin tikintisində, təmir olunan istehsalat sahələrində astar qat boya kimi istifadə edilir. Yüksək (540°C–yə qədər) temperaturda istismar edilən metal səthlərə tətbiq edildikdə mükəmməl antikorroziv qorumanı təmin edir. 32.2 kq