BETON - təbii daşın tikintidə yaratdığı çətinlikləri aradan qaldırmaq üçün istifadə olunan süni daş materialıdır. Beton səmərəli şəkildə seçilmiş, əsaslı qarışdırılmış və sıxlaşdırılmış tərkibli hər hansı bir mineral yapışdırıcı, doldurucu, su və bəzən xüsusi əlavələrdən ibarət qarışığın bərkiməsi nəticəsində yaranır. Bərkiməsindən öncə bu komponentlərin qarışığı beton qarışığı adlanır. Bu qarışıq müxtəlif tərkiblərə bölünür. Su və yapışdırıcı beton tərkibində əsas və aktiv maddələrdir. Onların kimyəvi qarşılıqlı təsiri nəticəsində yapışqan xəmir konsistensiyalı (sement xəmiri, sement südü) yeni birləşmə yaranır. Həmin birləşmə xırda və iri doldurucunun dənələrini nazik layla bürüyür. Bir müddət keçdikdən sonra dənələri sıxlaşdıraraq bu birləşmə bərkiyir və beləliklə beton qarışığı möhkəm monolit daşa — betona çevrilir. Doldurucular (qum, ələnti, qırmadaş, çınqıl və s.) betonun tərkibinin 80–85%-dək təşkil edir və sıxılmanın qarşısını alaraq betonun möhkəm skeletini yaradır.Müxtəlif xassəli dolduruculardan istifadə edərək, öz fiziki-mexaniki göstəricilərinə görə fərqlənən beton növləri (yüngül, ağır, odadavamlı və s.) almaq olar. Beton tikinti bazarında özünəməxsus rola malikdir. Betonlardan həm məişət yönümlü, həm sənayə, həm təmir, həm də yolların örtülməsi zamanı uğurla istifadə olunur. Bildiyimiz kimi beton süni mənşəli tikinti materialıdır və yuxarıda da qeyd etdiyimiz kimi qumun, sementin, iri və yaxud kiçik doldurucuların və suyun qarışığından əmələ gəlir. Tərkibində yer alan materiallardan asılı olaraq betonun çox sayda müxtəlif növləri istehsal olunur. Müasir dünyada hər hansı bir inşaatı betonsuz təsəvvür etmək çətindir. Belə ki, inşa edilən tikintinin uzun ömürlü və etibarlı olmasını məhz beton təyin edir. Betondan təyinatına görə müxtəlif hallarda istifadə olunur: sütunların, plitələrin və bənzər konstruksiyaların yaradılması; hidrotexniki qurğular, su bəndlərinin inşası, kanalların üzlüyü; quyular, su anbarları tipli yeraltı tikililər; yol tikintisi və yerüstü örtüyün yaradılması; xüsusi təyinatlı tikililər və s qeyd etmək olar. Betonun keyfiyyəti onun sahib olduğu yüksək xüsusiyyətlər ilə müəyyən edilir. Belə ki, betonun əsas müsbət xüsusiyyətləri onun möhkəmliyi, suya davamlı olması, istilik keçiriciliyi və şaxtaya davamlı olmasıdır. Betonun möhkəmliyi “M” hərfi və 50-dən 1000-ə qədər rəqəmlərlə (marka və ya klası) ifadə olunur. Beton qiymətləri məhsulun növündən, markasından və xüsusiyyətindən asılı olaraq dəyişir. Betonika MMC olaraq tərəfdaşı olduğumuz zavodlarda istehsal etdiyimiz yüksək keyfiyyətli beton materiallarını tətbiq edilən əraziyə uyğun olaraq ən münasib qiymətdə müştərilərimizə təklif edirik. Məhsulun təhlükəsiz şəkildə çatdırılması və Pompa xidməti kimi əlavə xidmətlər də şirkətimiz tərəfindən təmin edilir. Ətraflı məlumat üçün əlaqə bölməsindəki vasitələrdən istifadə edə bilərsiniz.