Mis elektrotexniki çubuqlar keyfiyyətli məhsul olub, sənayenin müxtəlif sahələrində geniş tətbiq olunur. Mis elektrotexniki çubuqlar fasiləsiz tökmə və yayma üsulu ilə saflaşdırılmış mis qırıntılarından və ya katodlardan istehsal edilir. Mis məftilləri elektrik keçiriciliyinə, mexaniki möhkəmliyə, korroziyaya qarşı davamlılığının yüksək olmasına, asan emal və qaynaq olunması və lehimlənməsinə görə kabel sənayesində geniş tətbiq olunur.