VPP, VPPU, VPV markalı quraşdırma naqilləri nominal işçi gərginliyi 380, 660, 3000 V, işçi tezliyi 50 Hs olan su və artezian quyularında işləyən mühərriklərin quraşdırılması üçün istifadə edilir. Bu tip kabellər ətraf mühitin temperaturu – 40⁰C – dən; + 65⁰C dərəcə də 7,09•106 Pa (70 kqs/sm2) təzyiq altında işləyən VPP markalı və ətraf mühitin temperaturu – 40⁰C – dən; + 80⁰C dərəcə də 1,7•107 Pa (150 kqs/sm2) təzyiq altında işləyən VPPU markalı naqillərdir.