"Ak Deniz Saten" gips əsaslı üzlük şpaklyovkası
Gips əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək yapışma qabiliyyətinə malik, incə, ağ rəngli, son qat üzlük suvaq qarışığıdır.
AZS 046 (TS 370) standartına uyğundur.
İSTİFADƏ SAHƏLƏRİ
binaların daxilində tavan və divarların suvanmasında son qat üzlük suvağı kimi;
beton, qazbeton, kərpic, briket (kərpic şəklidə preslənmiş kömür, torf, filiz), mişar daşı, arakəsmə gips tavaları və digər hörgü materiallarından tikilmiş, astar suvaq ilə suvanmış səthlərdə, yaxud gips lövhələrin (tavan və divar) üzərində incə suvaq kimi istifadə olunur.