Yanğın siqnalizasıyası - xəbərvericilər
Yanğın siqnalizasiyasının vasitələri yanğının ilkin mərhələdə aşkar edilməsi və yanğının yaranma vaxtı və məkanı haqqında həyəcan siqnalını ötürmək və lazım olarsa avtomatik söndürmə və tüstüsovurma sistemlərinin işə salınmasıdır. Yanğın siqnalizasıyası yanğının ilkin əlamətlərinə (tüstü, istilik, alov) reaksiya verir.
Yanğın mühafizə siqnalizasiyasi isə özündə həm mühafizəni (qapı və ya pəncərənin açılması), həm də yanğına aid funksiyaları birləşdirir. Yanğın siqnalizasiyasının quraşdırılması hissədən ibarətdir - avtomatik (tüstü, istilik və kombinə edilmiş) yanğın xəbərvericiləri, manual yanğın xəbərvericiləri, avtomatik və manual yanğın xəbərvericiləri.