Bir komponentli, asan yayılan, polimer modifikasiyalı, iri çınqıllı, istifadəyə hazır səth düzəltmə qarışığıdır. 4sm-ə qədər dərinlikdə boşluq və çatlaqları mükəmməl doldurur və əla yapışma əmələ gətirir. Titrəyişlərə və ağır yük maşınlarının mekaniki təsirlərinə dayanıqlıdır. Zəmindəki 1- 5% arasındakı hündürlük fərqini çatlama vermədən sıfıra endirir. Tətbiq edilməsinə çox əmək sərf etmək tələb etməz və qısa zamanda quruyur. İnşaat zəminlərində self-leveling (ağıllı şap) altından düzəltmə qarışığı olaraq köhnə beton zəminlərində əmələ gələn qüsurların təmirində, ağır tonajlı maşınların hərəkətinə məruz qalan sənaye zəminlərinin təmirində, yüksək titrəyişli sənaye avadanlıqlarının zəmin ilə birləşdirilməsində istifadə edilir.