QUM - hər növdə, tələb edilən əraziyə uyğun münasib qiymətlərlə çatdırılma
Yoxdur
Qum - xırda qırıntılı kövrək çökmə süxurdur. Fiziki aşınma nəticəsində əmələ gəlir. Ölçüsü 0,1 mm-dən 1 mm-ə qədər olan müxtəlif mineral (əsasən, kvars, çöl şpatı və s.) və süxur qırıntılarından ibarətdir. Qum əmələgəlmə şəraitinə görə çay, göl, buzlaq, dəniz, eol mənşəli olur. Ən yayılmış qum növü kalsium karbonatdır. Qumda qiymətli minerallar – qızıl, platin, almaz, yaqut, rutil, titanit və s. ola bilər. Qumun bəzi növləri aşağıdakılardır: Təbiət mənşəli: Çay, karyer, dəniz qumu; Əlavə emal işləri ilə hazırlanmış: Kvars, inşaat, quru qum və s. Təbiət mənşəli qum dənəciyinin ölçüsü 0,15 mm-dən 5 mm-ə qədər olur. Dəniz qumunun tərkibində çox az sayda kənar qarışımlar olduğundan yüksək səviyyədə təmizlik dərəcəsinə malikdir. Bu səbəbdən də inşaatda dəniz qumunun yüksək qiymətləndirilir. İnşaat qumu istənilən növ inşaat zamanı geniş istifadə olunan tikinti materialıdır. Qum drenaj funksiyasını yerinə yetirə və su təmizləyici qurğularda da istifadə oluna bilər. Bununla yanaşı, qumdan inşaatda daha çox hörgü-suvaq işlərində istifadə olunur. Həmçinin, inşaat qumu gilli olmamalıdır. Sement qarışımı əldə edərkən qumun əsas funksiyası kiçik boşluqları doldurmaq və həmçinin məhlulu plastiklik və axıcılıq ilə təmin etməkdir. İnşaat zamanı hörgü-suvaq işləri üçün əsasən qara qumdan istifadə olunur. Qum bir sıra üstünlüklərə malik universal tikinti materialıdır. Belə ki, qum, ekoloji cəhətdən təmiz materialdır, allergik reaksiyalara səbəb olmur və məkanın mikroiqlimini dəyişmir. Eyni zamanda boşluqların doldurulmasını təmin edən axıcılıq xüsusiyyətinə malikdir. Tikintidə istifadə olunan qum həmçinin yanmaya davamlı və uzun ömürlü material hesab edilir. Zamanla öz strukturunu dəyişmir və çürümür. Ölkəmizdə qum satışı demək olar ki, yerli istehsal olunan qum materialları hesabına inkişaf edir. Qum, daş və çınqıl kimi tikinti materiallarına artan tələbatı demək olar ki, yerli müəssisələr, sahibkarlar ödəyirlər. Betonika MMC olaraq müştərilərimizə bir sıra qum materialı növləri təklif edirik. Ətraflı məlumat üçün əlaqə bölməsindəki vasitələrdən istifadə edə bilərsiniz.
0.00
(0 qiymətləndirmə)
Məhsul Detalları
Çəki
Yoxdur
Sahə göstəricisi (1m3)
Yoxdur
Brend
Yoxdur
Minimum Alış Miqdarı
1 t
Məhsul Miqdarı
1   t
Ödəniş
Çatdırılma
Qiymətləndirmə
0.00
(0)
Yüklənir...

Oxşar Məhsullar

Daha Çox
Yüklənir...